
Motal, Motal pendiri haqqında, növləri və qiymətləri. Bakıda almaq.

Motal pendiri haqqında
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış “qabdır”.
Kənd məhsulu istehsalçıları
arasında pendir, yağ və şorun saxlanması üçün əsasən motaldan istifadə olunur. Azərbaycanda bir-birinə bənzəyən iki əsas motal növü mövcuddur:
- Qarabağ motalı
- Qazax motalı
Xırdabuynuzlu heyvan dərisi əvvəlcə isladılır, yunu təmizlənir, duzlanaraq qurudulur. Daha sonra yumşaldılaraq tərsinə çevrilir və ağız hissələri möhkəm bağlanır. Pendir motalın içinə yığıldıqda, ona bir qədər üzlü süd, dələmə və ya qaymaq əlavə edilir. Bu, pendirin daha yaxşı saxlanmasına, dadının və yağlılığının artmasına kömək edir. Bu üsulla hazırlanan motal xalq arasında Qarabağ motalı kimi tanınır.
Digər bir motal növü Qazax motalı Azərbaycanın qərb bölgəsində geniş yayılıb. Bu motal növü hazırlanan zaman dəri duzlanır və günəş altında yaxşıca qurudulur. Daha sonra yumşaldılaraq yunlu hissəsi içəri qatlanır. İçərisinə duzlanmış pendir, yağ və ya şor yığılıb, möhkəm sıxılır və ağac parçası ilə bərk basdırılır ki, içəridə hava qalmasın və məhsul xarab olmasın.





Motal pendiri təkcə azərbaycanlılar arasında deyil, Cənubi Qafqazın digər xalqları tərəfindən də yüksək qiymətləndirilir. Onun alıcıları çoxdur və bazarda xüsusi dəyərə malikdir.
Motal pendiri qədim üsulla hazırlanan, ləzzətli və təbii bir pendir növüdür. Bu pendir əsasən motal adlanan xüsusi qabda saxlanılır və uzun müddət keyfiyyətini qoruyur. Qoyun pendiri sevənlər üçün motal pendiri əvəzolunmaz seçimdir, çünki dadı və yağlılığı ilə fərqlənir. Motal pendiri qiyməti onun keyfiyyətinə və saxlanma müddətinə görə dəyişir, lakin həmişə öz dəyərinə layiq olur. Təbii üsullarla hazırlanan bu pendir həm yerli, həm də xarici bazarlarda yüksək qiymətləndirilir. Əgər siz də ənənəvi və ləzzətli pendir axtarırsınızsa, motal pendiri mütləq sınamalısınız!
Əlaqə nömrələri : 050 575 60 32 / 050 395 97 96 mob və whatsapp
Sifarişlər yalnız həftənin 1, 2, 3 , 4, 5-ci günləri gəbul edilir saat 20:00 a dək.
Çatdırılma həftənin 6 və ya 7-ci günlər ərzində olacaq.
Qeyd : Bizdə, bu gün sifariş edim sabah çatdırın olmur. Təmiz kənd məhsulu almaq istəyənlər bilirki, kəndlərdə 4-5 gün əvvəl demək lazımdırki “Ay qağa maa 2 kq pendir, 50 yumurta, 5 litr süd, 2 kq əmcək yağı saxla”