No products in the cart.

Kənd təsərrüfat kreditləri – Ailə-kəndli təsərrüfatları istifadə edə bilər

Kredit şərtləri:
Kreditin məbləği: Biznes krediti: 1000 manatdan yuxarı, Mikrokredit: 10000 manatadək
Faiz dərəcəsi: 15 %-dən
Müddət: 3 – 60 ay
Kənd yerlərində kredit xidməti göstərməklə onun sosial iqtisadi inkişafına nail olmaqdır.
Əhatə dairəsi:
Azərbaycan Respublikasının bütün regionlarında Bakı, Naxçıvan, Bərdə, Lənkəran, Salyan, Ucar, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şəki, Şamaxı filialları vasitəsi ilə.
Kreditin istifadəçiləri:
– Hüquqi şəxslər
– Fərdi sahibkarlar (mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri)
– Ailə-kəndli təsərrüfatları
Kreditin təyinatı:
- Bitkiçilik (taxılçılıq, pambıqçılıq, tütünçülük, kartofçuluq, tərəvəzçilik, yemçilik, üzümçülük, meyvəçilik, çayçılıq və s.);
- Heyvandarlıq (maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq və s.);
- Aqrar- emal sahələri (ət, süd, konserv, un məmulatları, tütün, pambıq, şərab, və s. emalı)
- Tədarük (Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı üçün tələb olunan xammal tədarükü)
- Texnika və avadanlıq (Biznes məqsədləri daşınma və xidmət üçün texnika və avadanlıq, nəzərdə tutulan nəqliyyat vasitələrinin alışı)
- Ticarət, xidmət, tikinti, turizm, loqistika və.s sahələr

Kredit məbləği:
- Biznes kreditləri – 1 000 manatdan yuxarı,
- Mikrokredit – 10 000 manatadək.
İllik faiz dərəcəsi:
- Kənd təsərrüfatı məhsul istehsalı, emal sahələri – 15%-dən
- Ticarət, xidmət, tədarük və digər sahələrə – 17%-dən,
- Mikrokreditlərə – 20%-dən
Kredit müddəti:
- 36 ayadək
- investisiya və çoxillik əkmələr üzrə – 60 ayadək
Güzəşt müddəti:
- Fəaliyyət xarakterindən asılı olaraq – 3-18 ayadək,
- Güzəşt müddətində yalnız faiz borcları ödənilir.
Kreditin təminatı:
- Biznes kreditlərinə – Daşınmaz və daşınar əmlak, o cümlədən torpaq sahəsinin, təsərrüfat obyektinin girovu və s.,
- Mikrokreditlərə – zaminlik.
Komissiya: 1%-dək