Hinduşka
Azərbaycanda ən çox qara, tunc və ağ enlidöş hinduşka cinslərinə rast gəlmək olar. Onlar ətinin yaxşı keyfiyyəti ilə seçilir, tez böyüyür və müxtəlif şəraitə asanlıqla uyğunlaşır. Onların oval formalı gövdələri, enli döşü, tük örtüyü ağ və sıxdır. Kökəltmə zamanı 120-günlük yaşda diri çəkisi 6-7 kq-a çatır. Cavan hinduşkalar 8-9 aylıq yaşda yumurta qoymağa başlayır, yumurtlama müddəti ildə 6 aya qədərdir. Bu müddət ərzində yumurtlayan hinduşkadan 80-90 q ağırlığında 100-110 yumurta əldə etmək mümkündür.
Tunc hinduşkaların tük örtüyü qara rəngdə olur, budlarında yaşıla çalır. Onlar yumurtalarının yüksək dərəcədə mayalanması ilə fərqlənir, 7-8-aylıq olanda yumurtlamağa başlayır. Hinduşka otlaq quşudur və otarılanda çəkisini yaxşı artıra bilir.

HİNDUŞKÁ is. [ rus. ] Qırqovul ailəsinə mənsub ətlik iri ev quşu; loş. Hinduşka əti. Hinduşka ferması. – Gülsəhər Müşgünazgilin qapısını döyəndə həyətdəki qazlar çığırışdı, hinduşkalar bərkdən səs elədi. Ə.Vəliyev. Gözünü yumub qulaq asırsan, gah elə bilirsən otağa bir sürü xoruz-toyuq dolub, gah da sənə elə gəlir ki, ətrafında qaz, ördək, hinduşka gəzir. S.Rəhman.
Ağcabədi rayonundan diri və kəsilmiş hinduşkaların sifarişi