No products in the cart.
Kənd təsərrüfatı fəaliyyəti obyektlərin tikintisi üçün icazə tələb olunacaq

Azərbaycanda Tikintisi üçün icazə tələb olunmayan kənd təsərrüfatı obyektlərin siyahısına yeniliklər ediləcək.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələbini nəzərdə tutan dəyişikliyi təsdiqləyib.
Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliklərə əsasən, kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar tikililər artıq icazə tələb olunmayan obyektlərin siyahısına daxil edilməyəcək.

Yeni qaydalara görə, mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan şəxslər aşağıdakı tikililəri icazə almadan inşa edə biləcəklər:
- xüsusi mülkiyyətə aid torpaqlarda həcmi 60 kubmetrə, dərinliyi isə 5 metrə qədər olan quyular (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla);
- maksimum 100 nəfər üçün nəzərdə tutulmuş müvəqqəti tikililər (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla);
- hündürlüyü 3 metrdən, sahəsi isə 300 kvadratmetrdən çox olmayan istixanalar (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla).
